Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:05

Bayram namazı avqustun 9-u səhər qılınacaq


Ramazan ayının başa çatması münasibətilə bayram namazı avqustun 9-u səhər saat 09.00-da qılınacaq.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan ərazisində bayram namazı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə avqustun 9-da Təzə Pir Məscidində qılınacaq.

İdarədən bildirilib ki, yeni Ay Azərbaycan ərazisində hələlik müşahidə olunmayıb.

Dünyanın əksər müsəlman ölkələrində, o cümlədən Türkiyədə Ramazan bayramı bu gün qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG