Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:31

Azərbaycanda Ramazan bayramı qeyd edilir


Arxiv foto
Arxiv foto
-

Avqustun 8-də Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Ramazan bayramı münasibəti ilə Azərbaycanda rəsmən 2 gün qeyri-iş günü sayılır, 8-i və 9-u avqust tarixləri.

Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

İslamda ilin ayları arasında Ramazan ayı ən müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə «on bir ayın sultanı» da adlandırırlar, çünki bu ayın gecələrinin birində müsəlmanların müqəddəs kitabı Qurani-Kərim nazil olub.

Ötən gün prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

FİTR BAYRAMI

Orucluğun başa çatdığı gün Ramazan bayramı həm də Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.

Ramazan bayramı Azərbaycanda Milli Məclisin 1992-ci il 27 oktyabrda qəbul etdiyi qanunla qeyd olunmağa başlayıb.

FİTRƏ

İslam dininə görə, Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

Müxtəlif statistik məlumatlara görə Ramazan bayramını dünyada yaşayan 1,5 milyarddan çox müsəlman bu və ya digər şəkildə qeyd edir.

RAMAZAN BAYRAMINDA ƏKSƏR AVTOBUSLAR PULSUZ İŞLƏYİR

Ramazan bayramının ilk günü avqustun 8-də saat 06:00-dan saat 24:00-a qədər ictimai nəqliyyat pulsuz olacaq.

Bayram günü sərnişinlərin günboyu gediş haqqı ödəməyəcəyi marşrutlar aşağıdakılardır:

-1-, -6-, -9-, -10-, -14-, -20-, -25-, -32-, -40-, -59-, -69-, -86-, -90-, -95-, -96-, -100-, -101-, -107-, -120-, -125-, -131-, -132-, -141-, -150-, -173-, -175-, -187-, -189-, -195-, -197-, -13-, -88-, -133-, -165-, -170-, -179-, - 202

Bir gün davam edəcək aksiya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təşəbbüsü ilə keçirilir. Təşəbbüsü «Transqeyt» MMC və «Çinar Trans» MMC dəstəkləyərək, aksiyaya qoşulub.

Problem yaranarsa, sərnişinlər Mərkəzin 141 saylı «qaynar xətt»inə müraciət edə bilərlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG