Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:23

Kreml Obamanın qərarından təəssüf bildirib


Russia - Kreml
Russia - Kreml
Kreml ABŞ prezidenti Barack Obamanın Sentyabrın əvvəllərində Moskvaya səfərini təxirə salmasından təəssüf bildirib, amma buna baxmayaraq onu qəbul etməyə hazır olduğunu bəyan edib.

ABŞ milli təhlükəsizlik müşavirinin müavini Ben Rods (Ben Rhodes ) budan əvvəl Obamanın böyük 20-lər ölkələrinin Rusiyada keçiriləcək sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə təkbə-tək görüşmək fikrində olmadığını bəyan edib. O qeyd edib ki, Rusiyanın ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snowdenə siyasi sığınacaq verməsi ikitərəfli münasibətlərə əlavə gərginlik gətirib. Rods qeyd edib ki, prezident və oun milli təhlükəsialik komandası yektilliklə belə fikirə gəlib ki, indiki şəraitdə belə bir görüşün keçirilməsi mənasızdır.

Amma Obama bundan əvvəl NBC televiziyasına müsahibəsində sammitdə iştirak edəcəyini təsdiqləyib.
Böyük 20-lər ölkələrinin sammiti sentyabrın əvvəllərində Sankd-Peterburqda keçiriləcək.

ABŞ Edvard Snowdeni casusluqda ittiham edir. O bu yaxınlarda ABŞ-da məxfi telefon və internet müşahidə sistemi olması barədə məlumat yayıb.
XS
SM
MD
LG