Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:13

Pakistan fəalları oyuncaq silahlara qarşı


Arxiv foto: Tacikistanda oyuncaq silahı ilə oynayan məktəbli. 29 avqust 2011

Arxiv foto: Tacikistanda oyuncaq silahı ilə oynayan məktəbli. 29 avqust 2011

.

Abubakar Siddique, Zafar Karimi və Shabbir Jan /// Zülfüqar Rüfətoğlu tərcümə etdi


Oyuncaq silahlar adam öldürmür, adamlar adam öldürürlər.

Buna baxmayaraq, Pakistanda başlanmış kampaniyanın davamçıları oyuncaq Kalaşnikovları və Glock tapançalarını küçələrdən yığışdırmaq istəyirlər. Onların fikrincə, bu oyuncaqlar zorakılıq mədəniyyətinin yetişməsinə kömək edir.

Kampaniyaçılar əsas səylərinə Ramazan bayramının sonunda (avqustun 7-9-u) başlamaq istəyirlər. Çünki məhz bu günlərdə ənənəvi olaraq uşaqlar onlara verilmiş cib puluna yeni oyuncaqlar alırlar.

Qeyri-hökumət təşkilatları, şairlər, müğənnilər və sülh fəalları bu günlərdə gəzintilər təşkil etməyi, hakimiyyətə petisiyalar göndərməyi və Ramazan bayramında oyuncaq alverləri şıdırğı gedən tacirləri “dava-dava” oyuncaqlarından imtina etməyə çağırmağı planlaşdırırlar.

Xeybər Paxtunkava əyalətindən sülh fəalı Sana Ijaz bu şimal-qərb regionunda oyuncaq silahların nə üçün təhklükə təşkil etdiyini izah edir:
Pakistanda oyuncaq silahını nümayiş etdirən uşaq

Pakistanda oyuncaq silahını nümayiş etdirən uşaq


“Əgər biz uşaqlarımızı belə kövrək yaşlardan bu cür silahlara öyrəşdirsək, - deyir İjaz, - onların yeniyetmə yaşlarında ekstremistlərə üz tutacağını təsəvvür etmək çətin deyil.

Ekstremistlər onları asanlıqla intihar bombaçılığına və ya başqa zorakı aktlara cəlb edə bilərlər. Uşaqların oyuncaq silahlara öyrəşdirilməsi, böyüyəndə onların canlı silahlara olan meyllərini artıra bilər”.

Tədqiqatçılar yekdilı deyillər

Uşaqların “dava-dava” oyunları ilə yaşlıların zorakılığı arasında əlaqəni isbat etmək asan deyil. Dünya boyunca araşdırmaçılar bu məsələdə bölünüblər. Bəziləri bu ikisi arasında elmi əlaqə görmürlər, bir başqaları isə bu qənaətdədirlər ki, dolayısı ilə əlaqə mövcud ola bilər.

Çoxsaylı tədqiqatlar göstərir ki, zorakılıq öyrənilə bilən davranışıdr və zorakı video oyunları, əsgər fiqurlarından ibarət oyuncaq dəstlər, televiziya və filmlər zorakılığın məqbul bir şey olduğunu təlqin edir. Amerika Birləşmiş Ştatlarında zorakı oyuncaqları pulla satın alan və sülhsevər oyunları təbliğ edən qruplar yaranır.
Çində oyuncaqla oynayan uşaqlar.

Çində oyuncaqla oynayan uşaqlar.


Bunun tam əksi olaraq Britaniya rəsmiləri 2007-ci ildən məktəblərə və uşaq bağçalarına göstəriş veriblər ki, uşaqları oyuncaq silahlarla oynamaqdan çəkindirməsinlər. Beləki, bu cür oyuncaqlar uşaqlara sağlam böyüməkdə kömək edir.
Həqiqət nə olursa olsun, Pakistan kampaniyaçıları qəti inanırlar ki, dinc cəmiyyət barədə anlayış uşaqlarda erkən yaşlardan başlanır.

“Bütün binalar layihələrini və bünövrələrini əks etdirir, - deyir Amjad Shahzad, - əgər biz bu gün uşaqlarımızı zorakılıqla bağlı oyuncaqlarla əyləndiririksə, çox güman, onlar gələcəkdə cəmiyyətə qarşı zorakı əhval-ruhiyyəyə köklənmiş olacaqlar. Bizim uşaqlarımızı biliklərə yönləndirən və onlara təhsil verən oyunlara ehtiyacımız var”.

Mənasız səylər?

Onun mesajları Pakistanın ən böyük şəhəri Kəraçidən minlərlə kilometr aralıda əks-səda verir.

Qeyri-hökumət “Raana Development Trust” təşkilatının rəhbəri Mohammad Arshad Khan deyir ki, onun fəalları bayraqlar və plakatlarla məktəblərə, məsçidlərə və icma mərkəzlərinə gedərək təbliğat aparırlar.

Könüllülərdən biri - Janan Buneree deyir ki, hətta 2 milyion dollarlıq oyuncaq silah satan tacirlər də onların narahatlığını başa düşürlər.

“Əvvəl-əvvəl dükançılar bizə gülürdülər. Lakin ciddiliyimizi görəndə, münasibətlərini dəyişdilər və dedilər ki, əgər biz adamları belə oyuncaqları almamağa inandıra bilsək, onlar bu oyuncaqları piştaxtaxtalarından yığışdırarlar” - deyir Buneree.

Peşavarda mənzillənmiş sosioloq Khadim Hussain bu kampaniyanın uğuruna inanmır. Onun fikrincə, zorakılığa qarşı kampaniya oyuncaq silahlar üzərində qurulmamalıdır.
Pakistanda oyuncaq silahı ilə oynayan uşaq.

Pakistanda oyuncaq silahı ilə oynayan uşaq.


“Zənnimcə, onlar bu kampaniyanı genişləndirməli və reguinda real silahlar məsələsini də əhatə etməlidirlər, - deyir o, - Ən başlıcası isə odur ki, onlar diqqətlərini bu regionu nəyin silah bazarına çevirməsinə yönəltməlidirlər. Əgər onlar bi istiqamətdə işləməsələr, adamları səfərbər etsələr belə, heç nəyə nail olmayacaqlar”.

Abdul Wali Khan Universitetinin uşaq psixologiyası üzrə mühazirəçisi Raham Zaid bu fikirlərlə razılaşır. O deyir ki, kampaniyanın hədəfi əsl silahlar və cəmiyyətin zoraklılığı məqbul hesab etməsi olmaldır.

“Burada təməl problemlər silahların asanlıqla əldə edilməsi, ictimaiyyətdə açıq dövriyyəsi və onlardan istifadədədir. Üstəlik cəmiyyət zorakılığı qəbul edir” – deyir Raham Zaid .

Peşavarlı müğənni Shahzad isə deyir ki, “bizim hazırkı zorakılığı dayandırmaq üçün qüvvəmiz yoxdur, lakin biz, gələcək nəsillərimizi bu cəhənnəm odunda yanmaqdan xilas edə bilərik”.

Shahzad deyir ki, parlamentin binası qarşısında etiraz aksiyası planlaşdırır.
Bundan əlavə Çin səfirliyi qarşısında da etiraz etməyi düşünür. Pakistanı oyuncaq silahlarla təchiz edən bu ölkədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG