Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

“Naxçıvanı intibaha qovuşduran Vasif Talıbova minnətdarlıq ifadəsi…”


Vasif Talıbov

Vasif Talıbov

-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Bütün sahələrdə, necə deyərlər, baş verən böyük dəyişikliklər bu gün qəlbimizi fərəhlə doldurur. Düşünürsən ki, Naxçıvan elə həmin Naxçıvandır, torpaqları, təbii sərvətləri, soyuq qışı, isti yayı olan Naxçıvan. Bəs niyə sovet dönəmində bu işlərin heç 10-15 faizinə bərabər iş görülməyib? Bu gün muxtar respublikada bir ildə o vaxtkı bir beşillikdən beş dəfə artıq iş görülür.
Nəbi müəllimin dediyi bu sözləri qələmə alarkən düşünürdüm: tele¬vizoru açırsan, haradasa məktəb, haradasa həkim ambulatoriyası, hərbi hissə üçün əsgər yataqxanası, ucqar dağ kəndində kənd mərkəzinin açılışını göstərirlər. Açılışlara toplaşan insanların üzləri gülür, çöhrələri təbəssümə bürünür. Bu təbəssüm muxtar respublikanın inkişafını ən yüksək səviyyədə təmin edən, qədim diyarı intibaha qovuşduran Ali Məclis Sədrinə minnətdar¬lıq ifadəsidir.
Nəbi müəllimin söhbətində nə qədər böyük həqiqət olduğunu, əziz oxucular, siz də təsdiq edərsiniz. Çünki siz də düzgün seçilmiş yolun necə gedildiyini görürsünüz, bu yol sizin həyatınızda da böyük dəyişikliklər yaradıb, siz də üzünüzdə təbəssüm o açılışlarda iştirak edirsiniz, görülən işləri bu qəzetin səhifələrindən oxuyursunuz. Təbii ki, bu yolun əbədi olmağını arzulayırsınız. Əziz oxucular, nigarançılığınız olmasın. Bu yol əbədidir. Çünki bu yol xalq yoludur. Bu inkişaf, quruculuq xəttini hamımız dəstəkləyirik.
Nəzarət-kassa aparatlarından istifadəyə nəzarət gücləndirilir
Ordubad Rayon Vergilər Şöbəsində nəzarət-kassa aparatlarından istifadə ilə əlaqədar istehlakçılarla və vergi ödəyiciləri ilə görüş keçirilib.
Görüşü rayon Vergilər Şöbəsinin rəisi Məhəmməd İbadov açaraq bildirib ki, malları, işləri, xidmətləri təqdim edən şəxs üçün sahibkarın satıcılarına nəzarətinin gücləndirilməsi, mədaxil və məxaric edilmiş malların, işlərin, xidmətlərin uçotunun rahat və dəqiq aparılması, malların, işlərin, xidmətlərin dövriyyəsi üzrə istər operativ, istərsə də müəyyən tarixlərə görə hesabatların əldə edilməsi imkanının olması, istehlakçıların əsassız müdaxiləsinin qarşısının alınması nəzarət-kassa aparatlarının tətbiqinin müsbət tərəfləridir. Bundan başqa, malları, işləri, xidmətləri alan şəxs üçün alınmış mallar keyfiyyətsiz və ya standartlara uyğun olmadıqda onun geri qaytarılmasının tələb edilməsi imkanının olması, satıcı malları, işləri, xidmətləri təqdim edərkən alıcının aldadılması hallarının qarşısının alınması nəzarət-kassa aparatlarından istifadə edilməsi ilə mümkündür. Təbii ki, istər vergi ödəyicisinin, istərsə də istehlakçıların fərdi maraqlarının təmin olunmasından başqa, nəzarət-kassa aparatlarının tətbiqi ümumən cəmiyyətin maraqlarına xidmət edir. Tərəflər arasında aparılan bütün əməliyyatların qeydə alınması kölgə iqtisadiyyatının qarşısının alınmasına və vergilərin tam həcmdə dövlət büdcəsinə yığılmasına, nəticədə isə dövlətin qüdrəti və əhalinin rifah səviyyəsinin artmasına zəmanət verir.
Sonra şöbənin əməkdaşlarından Həsən Məmmədovun, Malik Məmmədovun, Səttar İsmayılovun çıxışları olub, istehlakçıların və vergi ödəyicilərinin sualları cavablandırılıb.
XS
SM
MD
LG