Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:28

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.


Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir: «Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram».

Prezident bildirib ki, Ramazan ayı müqəddəs kitabımız Qurani-Kərimin nazil olması ilə əlamətdardır: «İnsanlar arasında birlik, bərabərlik və xeyirxahlığı, dini dəyərlərə bağlılığı təcəssüm etdirən bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borcunu daha dolğun ödəmək fürsəti qazanır, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar».

Dövlət başçısı qeyd edib ki, tarixən islam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə hörmət həmişə qorunub saxlanmışdır. Respublikada vicdan və dini etiqad azadlığı, dövlət-din münasibətləri ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq təmin edilmiş, müstəqillik illərində milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi sahəsində kompleks tədbirlər həyata keçirilib. /AzərTac/
XS
SM
MD
LG