Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:07

Yeni Misir hakimiyyəti beynəlxalq səylərin baş tutmadığını deyir


Mohamed ElBaradei və Lakhdar Brahimi
Mohamed ElBaradei və Lakhdar Brahimi
Yeni Misir rəhbərliyi ölkədəki siyasi böhrana son qoyulması ilə bağlı beynəlxalq səylərin uğursuz olduğunu bəyan edib və buna görə Müsəlman qardaşları hərəkatını günahlandırıb.Bu gün yayılan bəyanatda 10 gün bundan əvvəl başlanan beynəlxalq səylərin bu gün başa çatdığı bildirilir.

ABŞ, Avropa Birliyi və Ərəb ölkələri Misirdə hərbçilərlə devrilmiş prezident Mohammad Morsinin tərəfdarları arasındakı böhranı yoluna qoymağa çalışırlar.

Morsi Müsəlman qardaşları hərəkatını təmsil edir. O iyulun 3-də hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılıb.Hərbçilər onu səlahiyyətlərini aşmaqda ittiham edir.

Cevrilişdən bu yana baş verən toqquşmalarda 300-dək adam öldüyü bildirilir.
XS
SM
MD
LG