Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:06

REAL üzvünün taleyindən narahatdı


-

Respublikaçı Alternativ (REAL) Hərəkatı sədri İlqar Məmmədovun köməkçisi Asif Oruclunun durumundan narahatdır.

Asif Oruclu İ.Məmmədovun həbsinə etiraz məqsədilə keçirilən aksiya zamanı saxlanılıb. O, Binəqədi rayon Məhkəməsinin qərarı ilə 7 sutka azadlıqdan məhrum edilib.

Hərəkatın icra katibi Natiq Cəfərli avqustun 7-də bildirib ki, əvvəl onlara Asif Oruclunun Binəqədi rayon təcridxanasında saxlanıldığı deyilsə də, bu gün bəlli olub ki, orada yoxdur. Təcridxanadan onlara Asif Oruclunun Səbayel rayon polis idarəsində olduğu bildirilib.

Hərəkat üzvləri isə hələ də onunla bağlı dəqiq məlumat ala bilmirlər.

Natiq Cəfərli mətbuat vasitəsilə Ombudsmana müraciət edib, ondan Asif Oruclunun taleyi ilə maraqlanmağı istəyib.

Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov AzadlıqRadiosuna bildirib ki, bu barədə rəsmi müraciət almayıblar. Ancaq məsələni araşdıracaqlar.

REAL Hərəkatı avqustun 4-də İlqar Məmmədovun həbsinin 6 ayının tamamlanması ilə bağlı dinc yürüş keçirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG