Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:17
-

«7 ildir ki, ev növbəsindəyəm. Dəfələrlə rayonun icra hakimiyyəti başçısının qəbulunda olmuşam. Deyir, məndə ev yoxdur».

Şəki sakini Məlahət Alxasova 2-ci qrup əlildir. Uzun illərdir kirayədə yaşayır. İstəyi rayonda tikintisi yenicə başa çatmış əlillər üçün binadan 1 otaqlı mənzildir:

KİRAYƏPULUNA VƏ KOMMUNAL XƏRCLƏRƏ ÇATAN TƏQAÜD

«Rayonda bununla dördüncü binadır tikib, əlillərə, şəhid ailələrinə paylayırlar. Mən də müharibə əlilinin qızıyam, heç kəsim yoxdur. Özüm də ikinci qrup əliləm. Fəqərəmin biri yoxdur, qanım laxtalanır, böyrəklərim işləmir. Məni heç yerdə işə götürmürlər. 120 manat təqaüd alıram, çox hissəsi kirayəpuluna və kommunal xərclərə gedir. Bilmirəm canımın hayına qalım, yoxsa evsizliyin».

Məlahət Alxasova mənzil problemini həll etmək üçün Prezident Administrasiyasına da gedib. Ancaq deməsinə görə, ona bildirilib ki, rayona qayıdıb bu məsələni icra başçısı ilə özü dil taparaq həll etsin:

«Pulsuz ev yoxdur. Şəhid ailələri və əlillər üçün tikilmiş binalardan ev əldə etmək üçün də rüşvət vermək lazımdır. Dil tapmaq da odur ki, gərək rüşvət verəm. Pulum olsaydı, elə ev bazarına gedərdim, evi ordan alardım. Əlillər üçün evlər tikilir və rüşvətlə satılır».

«MƏNİ İLANMƏLƏYƏN YERƏ GÖNDƏRMƏK İSTƏYİRLƏR»

Şəki

Şəki

Şəki şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsindən «Qaynar xətt»ə bildirdilər ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota dayanan vətəndaşlara, yaşayış sahələri inşa edilən yaşayış binasının təyinatı nəzərə alınmaqla növbəlilik qaydasında verilir. Məlahət Alxasovanın növbəsi hələ yetişməyib. Ancaq Məlahət Alxasovanın tez zamanda mənzil əldə etmək istəyini nəzərə alaraq, ona üzərində birotaqlı ev tikilməklə 3 sot torpaq sahəsi təklif olunub. Məlahət Alxasovadan təklifə cavab gözləyirlər.

Əlil isə deyir ki, təklif olunan torpaq sahəsi mərkəzdən çox kənarda olduğuna görə razı deyil:

«İlanmələyən yerlərdir. Orda yaşayış yoxdur. Nə suyu, nə qazı, nə işığı yoxdur. Əlil və tək adamam, mənə şəraitli, ətrafında adamlar yaşayan ev lazımdır».

Əlilin sözlərinə görə, yaxın vaxtlarda prezident Şəkiyə səfər edəcək. Həmin vaxt müharibə iştirakçıları və əlillər üçün yeni tikilmiş binanın mənzilləri də paylanacaq. Çox arzulayır ki, o binadan ona da mənzil payı düşsün.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG