Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:58

Qaz satışı şərtləri sentyabrda yekunlaşacaq


Şah Dəniz layihəsindəki tərəfdaşlar avropalı alıcılarla qaz satışı üzrə razılaşmaları sentyabrda tamamlayacaq. Bu barədə BP Azərbaycan avqustun 6-da bildirib.

Türkiyə ərazisində Şahdəniz Mərhələ 2 qazı yeni Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə daşınacaq. Bu boru kəməri Xəzər dənizinin geniş qaz ehtiyatlarını Türkiyə və Avropa Birliyi bazarları ilə bağlayan Cənub Qaz Dəhlizinin əsas bir hissəsi olacaq.

İyunun 28-də Şahdəniz konsorsiumu elan etdi ki, ildə 10 milyard kub metrədək Şahdəniz Mərhələ 2 qazını Yunanıstan, İtaliya və cənubşərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans Adriatik Boru Kəmərini (TAP) seçib.

Bu, Cənub Dəhlizinin açılmasına Şahdəniz konsorsiumunun çox-fazalı yanaşmasında mühüm bir addımdır.

Qaz satışları üçün şərtlər İtaliya, Yunanıstan və Bolqarıstanda bir sıra alıcı tərəflərlə artıq razılaşdırılıb və bu məsələlərin sentyabr ayında yekunlaşacağı gözlənilir.

Bu günədək əldə edilmiş irəliləyişin nəticəsi olaraq layihə 2013-cü il ərzində təxminən 1,9 milyard dollar vəsait xərcləməyi planlaşdırır. Layihə üzrə yekun investisiya qərarının verilməsi bu ilin dördüncü rübünə və Şahdəniz Mərhələ 2-dən ilk qazın əldə edilməsi 2018-ci ilə planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG