Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:19
N!DA Vətəndaş Hərəkatı fəallarından Rəşadət Axundov barəsində həbs cəzası ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz oluna bilər. Bu barədə Nəsimi Məhkəməsinə müraciət olunub. Vəsatəti Media Hüququ İnstitutunun R. Axundovun hüquqlarını müdafiə edən vəkilləri avqustun 7-də təqdim ediblər. Xəbəri Media Hüququ İnstitutu yayıb.

Vəsatətdə qeyd olunur ki, R. Axundov barəsində həbs qətimkan tədbirinin seçilməsi qanuni olmayıb. Belə ki, hüquq pozuntusu törədilməsində şübhəli bilinən şəxs barəsində həbs tədbirinin seçilməsi üçün qanuni əsaslar olmalıdır. Şəxsin gizlənmə, iş üzrə həqiqətin aşkara çıxarılması prosesinə mane olmaq təhlükəsi, habelə şəxsin yeni cinayətlər törətməsinin qarşısını almaq, ictimai asayişi qorumaq zərurəti mövcud olmalıdır. Rəşadət Axundovun işində isə bu əsasların heç biri mövcud olmayıb.

Məhkəmədən xahiş olunub ki, R. Axundovun şəxsiyyətini, ailə durumunu, xəstəliyini, həbs üçün əsasların olmamasını nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz etsin. Məhkəmədən həmçinin, R. Axundov barəsində qanunsuz qərarların verilməsində təqsirli olanlar barəsində xüsusi qərar çıxarması, qanunsuz həbs nəticəsində R. Axundova vurulmuş maddi və mənəvi zərərin kompensasiya edilməsi xahiş olunur.

R. Axundov 30 mart 2013-cü ildə evdən çıxarkən 4 nəfər naməlum şəxslər tərəfindən oğurlanıb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə gətirilib. Onun heç bir hüququ ona izah edilməyib. Orada Ərizəçi Cinayət Məcəlləsinin (CM) 228.3-cü (Qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilib. Elə həmin gün də barəsində həbs qətimkan tədbiri seçilib.

Nəsimi rayon məhkəməsinin (NRM) 30 mart 2013-cü il qərarı ilə Ərizəçi barədə həbsdə saxlama müddəti 3 ay müəyyən edilib. 24 iyun 2013-cü il tarixdə R. Axundov barəsində həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb. R. Axundov qan və mədə-xorası xəstəliyindən əziyyət çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG