Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:07

REAL-a 20-ci sahəni göstərdilər


Bakı Şəhər İcra hakimiyyəti Respublikaçı Alternativ (REAL) Hərəkatına aksiya keçirmək üçün 20-ci sahəni məsləhət görüb.

Bu barədə jurnalistlərə hərəkatın icra katibi Natiq Cəfərli məlumat verib. Onun dediyinə görə, hərəkat adları rəsmi siyahıda olan dörd yerdən birində icazəli aksiya keçirmək üçün avqustun 3-də BŞİH-ə müraciət edib.

Avqustun 7-də müraciətə cavab verilib. Bildirilib ki, hərəkatın göstərdiyi ünvanlar dəqiq deyil. İcra Hakimiyyəti hərəkata adı müraciətdə olmayan 20-ci sahədə aksiya keçirməyin mümkün olduğunu bildirib.

Natiq Cəfərli 20-ci sahədə aksiya keçirməyəcəklərini, icra hakimiyyətinə yenidən müraciət edəcəklərini deyir.

REAL hərəkatının sədri İlqar Məmmədov İsmayıllı hadisələrindən sonra saxlanıb. O, kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etməkdə ittiham olunur.

Avropa Parlamenti həbsdəki prezidentliyə namizədi azadlığa buraxmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG