Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:30
-

«Hərbi hissədən çıxanda binanın qarşısından sürətlə ötən ağ rəngli «Jiquli» bizim maşını vurdu. O maşının içərisində içkili vəziyyətdə 4-5 gənc vardı. Hadisəni törədəndən sonra dərhal ordan uzaqlaşdılar. Maşının qabaq buferi yox idi, şüşəsində «satılır» elanı vurulmuşdu».

Şəmkirin Düyərli kənd sakinləri Mətləb Məmmədov, Gülnarə Məmmədova, Lətifə BayramovaRamazan Quliyev «Qaynar xətt»ə bu il avqustun 3-də Ağdam rayonunun Mahruzlu kəndindəki N-saylı hərbi hissənin qarşısında başlarına gələn avtomobil qəzasından danışırlar.

Onların deməsinə görə, hərbi hissədə qulluq edən yaxın qohumları ilə görüşdən çıxarkən yaxınlıqdaca qəzaya düşüblər. Və iddia edirlər ki, yol polisi hadisəni araşdırmaq həvəsində deyil:

«Hadisə yerinə gələn DYP-nin Ağdam rayon şöbəsinin əməkdaşları zərərçəkmişlərə heç bir yardım göstərmədilər. Biz tələb etdik ki, maşınlar yerlərindən tərpədilməsin, ekspertlər gəlsin, baxış keçirsinlər».

«HEÇ KƏS GƏLİB İZAHAT ALMADI»

Şikayətçilərin sözlərinə görə, onlar qarşı avtomobildə olmuş şəxslərin sərxoş olub-olmadığının yoxlanılmasını və aktlaşdırılmasını tələb etsələr də, yol polisləri bunu etməyiblər.

Mətləb Məmmədov:

«9 saat xəstəxanada qaldıq, heç kəs gəlib bizdən izahat almadı. Bir sözlə, tələblərimizə məhəl qoymadılar. Gördük ki, maşını vurulan, ağır və yüngül xəsarət alanlar biz olsaq da, polislər qarşı tərəfin marağını qoruyur. Sonra bizə məlum oldu ki, sükan arxasında olmuş içkili gənc bir müğənninin oğlu imiş və o müğənninin yol polisləri ilə yaxşı münasibəti var».

Dövlət Yol Polis idarəsinin Ağdam rayon Şöbəsindən «Qaynar xətt»ə bildiriblər ki, yol polisləri və ekspertlər hadisə yerində olublar. Ərazi müayinə olunub. Hadisənin şahidləri və zərərçəkənlər dindirilib. Qəzanın 10 KB 316 nömrə-nişanlı, ağ rəngli «VAZ-06» markalı avtomobil tərəfindən törədildiyi müəyyən edilib. Ağdam DYP hadisənin üstündən cəmi 4 gün keçdiyini, araşdırmaların tam başa çatmadığını deyir, üstəlik, zərərçəkmişlərin belə tezlikdə qərar çıxarmasını düzgün hesab etmədiyini bildirir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG