Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:22

«Azərbaycanfilm» kinostudiyasının 90 illik yubileyi haqqında sərəncam imzalanıb


-
Azərbaycan prezidenti İlham Əliyev Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

Xəbəri Mədəniyyət və Turizm İdarəsi yayıb.

Sərəncama əsasən milli kinematoqrafiyanın inkişafında müstəsna xidmətləri olan Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Xatırladaq ki, Azərbaycan Foto Kino İdarəsi (AFKİ) 1923-cü ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə yaradılıb.

Daha sonra Dövlət Kino Fabrikinin yaradılmasına başlanıb və həmin il aprelin 28-də kinofabrikin açılışı olub.

Dövlət Kino Fabrikində çəkilən ilk film «Qız qalası» olub.

1925-ci ildə AFKİ-i Dövlət Kino Fabriki ilə birləşdirilərək əvvəlcə «Azərdövlətkino», sonra isə «Azərkino» adlandırılıb.

1938-ci ildən kinostudiyaya «Bakı kinostudiyası» adı verilib.

1958-ci ildən «Azərbaycanfilm» adlanıb.

1960-cı il aprelin 20-dən kinostudiya Cəfər Cabbarlının adını daşıyır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG