Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27
-
Avqustun 7-də Nəsimi Rayon Məhkəməsi Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslıya 15 sutka həbs cəzası verib.

Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının gənclərlə üzrə müşaviri Səxavət Soltanlı bildirib. O, məhkəmənin qərarını anlamadığını bildirib. Belə ki, onun sözlərinə görə, Tural Abbaslı ona kəsilmiş islah işlərini yerinə yetirmək üçün hər gün 41 saylı Mənzil İstismar Sahəsinə gedib lazımi sənədləri imzalayırmış

Tural Abbaslı bu il yanvarın 12-də Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiyada iştirakına görə 600 manat cərimələnib. Cəriməni ödəmədiyi üçün mayın 3-də məhkəmə onun 220 saat islah işləri ilə məşğul olmasına qərar verib.

Şərhləri göstər

XS
SM
MD
LG