Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:59

«Binə» məhbuslarına hökm oxunacaq


Binə Ticarət Mərkəzindəki etiraz aksiyasında saxlanılan etirazçıların işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Qaradağ rayon Məhkəməsindən Modern.az saytına verilən məlumata görə, məhkəmədə zərərçəkmişlərin, şahidlərin, ittiham olunan şəxslərin dindirilməsi yekunlaşıb.

Prosesin sonunda hakim elan edib ki, avqustun 19-da «Binə aksiyaçıları»na hökm oxunacaq.

Ötən proseslərdə aksiya iştirakçılarına qarşı irəli sürülən ittihamlardan bəziləri yüngülləşdirilib. Aksiya iştirakçılarının hamısının üzərindən polisə müqavimət maddəsi üzrə ittiham götürülüb.

Bu il yanvarın 19-da «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib. Aksiya iştirakçıları polis əməkdaşları arasında qarşıdurma baş verib, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub. Aksiyaçılardan da xeyli adam yaralanıb.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG