Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:30

Obama Rusiyaya gedəcək


ABŞ prezidenti Barack Obama Rusiyaya Böyük İyirmiliyin samitinə gedəcəyini təsdiqləyib. Ancaq o, eyni zamanda Moskvanın ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowden-ə sığınacaq verməsindən «məyus olduğunu» dilə gətirib.

Çərşənbə axşamı ABŞ televiziyasına müsahibəsində Obama deyib ki, Rusiya prezidenti Vladimir Putin-lə həmin sammitdə ayrıca görüşəcək.

Ağ Ev bildirir ki, Moskva Snowden-ə müvəqqəti sığınacaq verəndən sonra Putin-lə görüşün gərəkliliyini araşdırır.

Vaşinqton Snowden-i gizli məlumatları yaydığına görə, casusluq üzrə ittiham etmək üçün geri almaq istəyir.
XS
SM
MD
LG