Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:39

Xaricdə təhsil alacaq daha 24 nəfərin adları açıqlandı


Xaricdə təhsil proqramı üzrə daha 24 azərbaycanlı tələbə xarici ölkələrin təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 12-si Böyük Britaniya, 3-ü ABŞ, 2-si Kanadada təhsil alacaq. İsveçrə, Avstriya, Türkiyə, Avstraliya, Belçika və Niderlandın hərəsinə bir tələbə göndəriləcək. 9 nəfər bakalavriat, 14 nəfər magistratura, 1 nəfər doktorantura üzrə oxuyacaq.

İxtisaslar iqtisadiyyat, mühasibat uçotu, maliyyə, riyaziyyat, kompüter elmləri, elektrik mühəndisliyi, turizm, hüquq, diplomatiya və siyasi elmlər ixtisaslarını əhatələyəcək.

Dövlət Proqramına 2013-2014-cü tədris ili üzrə sənəd qəbulu 15 avqust 2013-cü il tarixində başa çatacaqdır.

Bundan əvvəl nazirlik 70 nəfər barəsində müsbət qərar verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG