Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:05

UEFA püşkatmanın vaxtını açıqladı


 UEFA logo
UEFA logo
UEFA Çempionlar Liqası və Avroliqanın "play-off" mərhələsinin pükşünün vaxtını açıqlanıb. Püşkatma mərasimi avqustun 9-da İsveçrənin Nyon şəhərində keçiriləcək.Həmin gün Bakı vaxtı ilə saat 14:45-də Çempionlar Liqası, saat 16:00-da isə Avroliqanın "play-off" mərhələsinin püşkü atılacaq.

Avroliqada Azərbaycanın yeganə təmsilçisi olan "Qarabağ"ın "play-off"dakı rəqibi də məhz ayın 9-da bəlli olacaq. Amma Qarabağ buna qədər İsveçin "Gefle" klubunu dəf etməlidir.

Qarabağ Bakıda keçirilən ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab görüşü avqustun 8-də İsveçdə olacaq.

Avroliqanın "play-off" mərhələsinin oyunları isə avqustun 15-22-si arası keçiriləcək.
XS
SM
MD
LG