Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:47

Suriya üsyançıları Hələbdəki hərbi-hava bazasını ələ keçiriblər


Foto arxiv
Foto arxiv
Suriya üsyançılarının bu gün səhər Hələb əyalətindəki iri hərbi-hava bazasını ələ keçirdikləri xəbər verilir.Bu baza Türkiyə sərhəddinin yaxınlığında yerləşir.

Böyük Britaniyada fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri bazanın 24 saatlıq döyüşlərdən sonra ələ keçirildiyini deyirlər.Bu hökumət qoşunları üçün ağır itki hesab olunur.

Həmçinin üsyançıların son vaxlar əsasən ələvilərin yaşadığı Latakiyə əyalətində bir neçə yaşayış qəsəbəsini ələ keçirdikləri xəbər verilir.

Hökumət qoşunları isə bu yaxınlarda paytaxt Dəməşq, Homs və Hələb əyalətinin bir sıra rayonlarında böyük uğur qazanıb.
XS
SM
MD
LG