Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:33

"Olmayan prosesə ABŞ necə yaxından cəlb oluna bilər?"


James Warlick (solda)
James Warlick (solda)
ATƏT-in Minsk qrupunda Amerikadan olan həmsədr vəzifəsinə James Warlick təyin olunub.

James Warlick ABŞ-ın Əfqanıstandakı və Pakistandakı xüsusi nümayəndəsinin müavini olub. Bundan əvvəl ABŞ-ın Bolqarıstanda səfiri idi.

Yeni təyinatla bağlı Azərbaycanın keçmiş Dövlət müşaviri Vəfa Quluzadə Azadlıq Radiosunun suallarına cavab verir.

Azadlıq Radiosu: Vəfa bəy, yeni təyinatla Qarabağda sülh olacağına ümid yaranırmı?

Vəfa Quluzadə
Vəfa Quluzadə
Vəfa Quluzadə: Qarabağ probleminin həllinə maneə törədən Rusiya imperiyasıdır. Ona görə bu problem ABŞ-dan olasn həmsədrin dəyişməsi ilə yox, Rusiya imperiyasının çökməsi ilə çözüləcək.

Mən düşünürəm ki, ABŞ Rusiyaya münasibətdə çox düzgün siyasət aparır, Rusiyadan demokratikləşməni tələb edir, Rusiyada sağlam qüvvələri dəstəkləyir.
Çünki Rusiya imperiyası çöksə, Rusiya dövlətinin mahiyyəti dəyişsə, onda Dağlıq Qarabağ problemi də həll olunacaq, o biri problemlər də.

Azadlıq Radiosu: Vəfa bəy, bəs bütün bunlar nə vaxt olacaq? Nə qədər gözləmək lazımdır?

Vəfa Quluzadə: İmperiyalar bəzən elə çökür ki, gözlənilməz olur. 1991-ci ildə SSRi-nin belə tezliklə dağılacağını dünyada kim bilirdi...

Azadlıq Radiosu: Bəs ABŞ Qarabağ sülh prosesinə daha yaxından cəlb oluna bilərmi?

Vəfa Qulzadə: Qarabağ sülh prosesi yoxdur. Olmayan prosesə necə yaxından cəlb olunmaq olar? Biz imitasiya ilə məşğuluq. Rusiyanın dirijorluğu ilə.

Rusiya işğalçıdır, ancaq özünü elə göstərir ki, guya sülhdə maraqlıdır. Ancaq Rusiya sülhdə maraqlı deyil.
XS
SM
MD
LG