Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:21

Əsgər Abdullayev: «Məqsədim «Araz»ı güclülər dəstəsinə çıxarmaqdır»


Əsgər Abdullayev - Foto: Sportinfo.az
Əsgər Abdullayev - Foto: Sportinfo.az
-
Naxçıvanın «Araz» futbol klubu 12 illik fasilədən sonra yenidən yaşıl meydanlara qayıdır. Komandaya yeni təyin olunmuş baş məşqçi Əsgər Abdullayev Azadlıq Radiosunun suallarını cavablandırır:
- Əsgər müəllim, Necə oldu «Azaz» klubunu seçdiniz?
- Gözləmədiyim halda təklif aldım. Naxçıvana gəldim, şəraitlə tanış oldum, sonra razılığımı verdim. Bir də ki, komanda iddialı komandadır, imkanlı komandadır. İddialı komanda ilə işləmək hər bir məşqçinin arzusudur. Mən də gəldim şəraitə baxdım, kollektivin fikirlərini öyrəndim, qərarımı verdim. Gördüm ki, komandanın qarşısında məqsəd var ki, güclülər dəstəsinə çıxsın, gələcəkdə Azərbaycanda yaxşı komandalardan biri olsun.
- Demək olar ki, komanda sıfırdan qurulur. Kimləri cəlb edirsiniz komandaya?
- Reqlamentə görə, birinci dəstədə 8 nəfər 21 yaşadək olan oyunçular oynamalıdır. 8 nəfər də bu yaşlarda ehtiyat oyunçular olmalıdır. Bu nöqteyi-nəzərdən üstünlüyü 21 yaşınadək olan futbolçulara vermişik. 2-3 nəfər də təcrübəli oyunçular seçmişik. Çalışdıq elə futbolçular seçək ki, təcrübələrindən gənclər yararlana bilsinlər.

Araz

«Araz» klubu haqda
«Araz» klubu 1967-ci ildə yaradılıb. Klub 1968-ci ildən SSRİ birinciliyinin «B» qrupunda mübarizə aparıb. 1977-ci ildən 1989-cu ilə kimi qısa fasilələrlə futbol üzrə SSRİ çempionatının «A» qrupunun 2-ci dəstəsində təmsil olunub. Bu klubun ilk baş məşqçisi Tofiq Axundov olub. SSRİ dağıldıqdan sonra «Araz» fəaliyyətini dayandırıb. 2001-ci ildə klub yenidən formalaşdırılıb və milli futbol çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu cəmi bir il çəkib. 2002-ci ildə «Araz» yenidən fəaliyyətini dayandırıb. Həmin vaxtdan Naxçıvan peşəkar futbolla vidalaşmışdı.
- Bu təcrübəli futbolçular hansı klublardan cəlb olunub?
- Yerli klublardan- Azaldan, Neftçidən...
- Yerli futbolçuları hansı üsulla seçdiniz?
- Birinci növbədə gənc futbolçuları dəvət etdik, gəldilər oynadılar. İçərilərindən bizə yarayanları seçdik. Seçimimiz belə oldu. Digər klublardan fərqli olaraq, biz işə tez başladıq. Çünki, sıfırdan başlayırdıq. Üstünlüyü yerli futbolçulara verməyə çalışdıq, buna bacardığımız qədər nail olduq. Yoxlama oyunlarına ölkə daxilindən də digər oyunçular dəvət etmişdik. Gəldilər, oynadılar biz də yoxlayıb seçdik.
- Təxminən neçə nəfər yerli - naxçıvanlı futbolçu seçə bildiniz?
- Oyunçuların təxminən 5-6 nəfəri naxçıvanlıdı.
- Yoldaşlıq görüşü planlaşdırırsınızmı? İlk görüşünüz hansı klubla olacaq?
- İlk oyunumuzu yerli yığma futbolçular ilə oynayacağıq. Avqustun 13-ü Neftçala ilə oynamağı planlaşdırırıq, daha sonra planda Türkiyəyə getmək var.
- Naxçıvan blokada şəraitindədir. Gediş-gəliş də çətindir. Bu çətinliklərə baxmayaraq, iddialı görünürsünüz. Güclülər dəstəsinə çıxmaq üçün hansı addımları atmaq istəyirsiniz?
- Hər bir məşqçi işində nailiyyətin olmasını istəyər. Mənim də məqsədim «Araz»ı güclülər dəstəsinə çıxmaqdır. Bu mənim məqsədimdir. Naxçıvan 10 ildən çoxdur ki, professional futboldan aralı düşüb. Buna baxmayaraq gənc futbolçular böyük potensiala malikdirlər. Aşağı yaş qruplarında da mən bunu gördüm. Həmin gənclər arada itib-batmasalar, bölgədə yaxşı komanda düzəltmək olar.
- Bu ilki sezonda qarşınıza hansı məqsədi qoymusunuz?
- Naxçıvan futbolu hələ Sovetlər dövründə öz sözünü deyib. «Araz» komandası o vaxt özünə müsbət imic formalaşdıra bilmişdir. İlk növbədə həmin imici geri qaytarmaq, bir də əlbəttə ki, güclülər qrupuna vəsiqə qazanmaq.
XS
SM
MD
LG