Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:34
-
Barak Obama Ramazan bayramı münasibətilə prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir: “Amerika Birləşmiş Ştatlarında və dünyanın hər yerində yaşayan müsəlmanlar ənənəyə uyğun inanclarından ötən ay ərzində güc alaraq və ehtiyacı olanlara yardım əli uzadaraq öz ailə və dostları ilə Ramazan ayını uğurla başa vurublar.
Ümidvaram ki, müqəddəs Ramazan ayı ölkənizin müsəlmanları üçün mənəvi saflaşma, mərhəmət və şəfqət dövrü olub.
Qoy, qarşıdan gələn il Sizə və xalqınıza sülh, can sağlığı və firəvanlıq gətirsin. Ramazan bayramınız mübarək!”
Xəbəri president.az saytı yayıb.
XS
SM
MD
LG