Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:05

«Anamı kürəyimə şəlləyib, Prezident Administrasiyasına yürüş edəcəm»


Prezident Administrasiyası

Prezident Administrasiyası

-

«Mən qanunsuzluqlara dözən adam deyiləm. Hər gördüyüm haqsızlıq haqqında da Bakıya yazıram. 5 il əvvəl rayon məmurlarından və bələdiyyəsindən şikayət etdiyimə görə məni şərləyib, həbsə atdılar».

Neftçala sakini Elçin Abıyev «Qaynar xətt»ə 5 il əvvəl həbs edilməsi ilə barışa bilmədiyindən danışır. O, məmurların göstərişi ilə həbs olunduğunu və narkotik ittihamı ilə 3 il 6 ay həbsdə qaldığını deyir.

«MƏNƏ ELƏ İŞGƏNCƏLƏR VERİLİB Kİ...»

Elçin Abıyev deyir, həbsdən buraxılandan sonra yenə də Bakıya yazır:

«Məni həbs edəndə elə işgəncələr verilib ki... Barmaqlarım, qabırğalarım sındırılıb, «qrija»ma o qədər təpik vurdular ki... Həbsdən çıxandan haqlarımı tələb edirəm. Məni incidən polislərin cəzalandırılmasını istəyirəm».

Ancaq hər dəfə Bakıya yazanda polis təzyiqi ilə üzləşdiyini deyir:

Arxiv foto

Arxiv foto

«Şərlənərək həbs olunmağımdan şikayət edirəm. Mənə təzyiq edirlər ki, şikayət etməyim. Evimə gəlirlər, məni tutacaqları barədə xəbər göndərirlər. Mən də məcbur oluram evdən qaçım. Ancaq yenə də şikayətimi yazmaqda davam edirəm. Polis tərəfindən təzyiq altında olmağım barədə dəfələrlə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vurmuşam. Demişəm ki, polislər mənə yaşamağa imkan vermirlər. Ancaq tədbir görülmür».

«102»YƏ ZƏNG VURUB, POLİSLƏRİ TƏHQİR EDİR»

Neftçala rayon Polis Şöbəsindən «Qaynar xətt»ə bildiriblər ki, Elçin Abıyev əvvəllər narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olduğuna görə həbs olunub. Ona işgəncə verilməsi ilə bağlı şikayəti məhkəmə tərəfindən araşdırılıb və təsdiqini tapmayıb. Ancaq o, narazılığını sivil qaydada yox, «102» xidmətinə zəng vuraraq, polisi təhqir etməklə bildirir. Buna görə də bir neçə dəfə xəbərdarlıq olunub.

Elçin Abıyev isə deyir, yaxın günlərdə gözdən əlil anasını götürüb, Prezident Administrasiyasına yürüş gedəcək:

«Bir əlacım qalıb ki, xəstə anamı şəlləyim kürəyimə, uşaqlarımı alım yanıma, Prezident Administrasiyasına yürüş edim. Bəlkə orda səsimizi eşidən oldu».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG