Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:51

Jurnalistləri Müdafiə Komitəsi jurnalist Sərdar Əlibəylinin həbsini pisləyir


ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) xuliqanlıqda ittiham olunan «P.S.Nota» qəzetinin baş redaktoru Sərdar Əlibəylinin həbsini pisləyib.

Komitənin Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Nina Ognianova bildirib ki, «Azərbaycan hakimiyyəti Sərdar Əlibəylini dərhal azad etməli, ona qarşı təqibləri dayandırmalıdır».

JMK son iki ildə Azərbaycanda media azadlığı ilə bağlı vəziyyətin kəskin pisləşdiyini yazır. Bildirir ki, jurnalistlər və redaktorlar hədələrə, fiziki hücumlara, cinayət təqiblərinə məruz qalır.

Sərdar Əlibəyli iyulun 31-də həbs edilib. Bədən xəsarəti törətməklə xuliqanlıqda ittiham olunur. Jurnalist özü ittihamı qəbul etmir. Müdafiə tərəfi bildirir ki, o, facebook-da İlham Əliyev haqqında tənqidi yazısına görə təqib olunur.
XS
SM
MD
LG