Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:32

Səfər Əbiyev ABŞ müdafiə katibi Chuck Hagel-lə görüşüb


Vaşinqtonda səfərdə olan müdafiə naziri Səfər Əbiyev Pentaqonda ABŞ müdafiə katibi Chuck Hagel-lə görüşüb.

Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərə toxunan azərbaycanlı nazir əlaqələrin qurulmasında və inkişaf etdirilməsində Azərbaycanın praktiki addımlarının xüsusi önəmi olduğunu bildirib. İki ölkə arasında müdafiə sahəsində bir sıra proqramlar üzrə əməkdaşlığın davam etdirilməsi istiqamətində müsbət nəticələr əldə olunduğunu deyən nazir 2014-cü ildən sonra da Əfqanıstandakı əməliyyatlara töhfə veriləcəyini vurğulayıb.

Görüş zamanı ABŞ-ın müdafiə katibi Chuck Hagel Azərbaycanın dostu olaraq bundan sonra da ölkələrarası strateji əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə səy göstərəcəyini vurğulayıb. Daha sonra nazirlər ölkələr arasında hərbi-texniki əməkdaşlığın istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar.

Bu arada Müdafiə naziri S. Əbiyev ABŞ Hərbi Dəniz Katibi Ray Mabus-la da görüşüb. Söhbət zamanı Xəzərin təhlükəsizliyi və hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
XS
SM
MD
LG