Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:09

«Son həbslər insan hüquqlarının kritik duruma çatdığına sübutdur»


Azərbaycanda baş verən son jurnalist həbsləri ölkədə insan hüquqlarının kritik duruma çatdığına daha bir sübutdur.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bəyanatında belə deyilir.

Bəyanatda ötən cümə günü araşdırmaçı jurnalisti Xədicə İsmayılovaya dəstək məqsədi ilə keçirilən dinc aksiya zamanı 21 jurnalistin saxlanmasına toxunulur.

RATİ sədri Emin Hüseynov deyib ki, polisin ictimai hadisələri işıqlandırmaqla öz vəzifə borcunu yerinə yetirən jurnalistlərə təzyiq göstərərək onları saxlaması narahatedicidir:

«Jurnalistlərin saxlanması faktı «P.S. Nota» qəzetinin baş redaktoru Sərdar Əlibəylinin tutulması və silahlı xuliqanlıqda ittiham olunaraq barəsində iki ay həbs qətimkan tədbirinin seçilməsindən cəmi bir neçə gün sonra baş verib. RATİ S. Əlibəylinin həbsini qınayaraq ona qarşı irəli sürülmüş ittihamları siyasi motivli hesab edir».

RATİ bildirir ki, bu repressiyada oktyabr seçkiləri ərəfəsində tənqidi səsləri boğmaq məqsədi hiss olunur. Qurum hökuməti Azərbaycanın insan haqları sahəsindəki qoşulduğu beynəlxalq qanunlar və müqavilələr çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə zidd olan repressiv tədbirlərdən əl çəkməyə, Azərbaycan vətəndaşlarının fikir və ifadə azadlığını qorumağa və onlara hörmət etməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG