Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:42

«Milli Şuradan bir namizəd olmalı və o da sona qədər qalmalıdır»


Mətbuat icmalı
Mətbuat icmalı
-

«SƏNƏDİMLƏ BAĞLI PROSES SÜRƏTLƏNİB»

Bunu Milli Şuranın sədri, müxalifətin prezidentliyə namizədi Rüstəm İbrahimbəyov «Azadlıq» qəzetinə müsahibəsində deyib.

Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina ilə bağlı şəxsi əlaqələrindən istifadə etdiyini də deyib.

Qəzetin «Seçki tarixinin dəyişməsi Milli Şura daxilində də müəyyən müzakirələrə səbəb olub. Müsavat başqanı İsa Qəmbər yaranmış situasiyadan çıxış edərək, bəyan edib ki, Milli Şuranın növbəti sessiyasında yeni bir namizədlə çıxış edilməsi gündəmə gətirilməlidir. Bu təşəbbüsü necə dəyərləndirirsiniz» sualına belə cavab verib:

«Bu, İsa bəyin fikridir. Biz hamımız Milli Şuranın üzvləriyik. Hər kəsin öz mövqeyi ola bilər. Milli Şuranın növbəti sessiyasında bütün təkliflərə baxılmalıdır. Milli Şuranın təkliflərlə bağlı rəyi olmalıdır. Söhbət məndən getdiyi üçün bu barədə danışmağım düzgün çıxmır, amma mən düşünürəm ki, Milli Şuradan bir namizəd olmalıdır və o da sona qədər qalmalıdır».

PREZİDENTLİYƏ NAMİZƏDLƏRƏ DÖVLƏT PUL VERMƏYƏCƏK

«Bu il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərə dövlət tərəfindən kampaniya üçün vəsait ayrılmayacaq. Bu müddəa artıq çıxarılıb və Milli Məclisdə qanunvericiliyə dəyişiklik olunub. Parlamentin bu qərarının səbəbini izah edə bilmərəm. Mərkəzi Seçki Komissiyası qanunverici orqan deyil. MSK sadəcə namizədlərin təşviqatı üçün efir vaxtı ayrılması və dövlət nəşrlərində onların təbliğatını təmin edəcək».

Bunu «Yeni Müsavat» qəzetinə açıqlamasında MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib. Onun sözlərinə görə, namizədlər ianələr və öz hesablarına kampaniya təşkil edəcəklər. A. Sarıyev deyib ki, bu vaxtadək prezident seçkilərində namizədlərə öz təbliğat və təşviqat kampaniyalarını aparmaq üçün dövlət büdcəsindən vəsait ayrılırdı. Əgər namizəd müəyyən olunmuş səs faizini yığa bilmirdisə, o həmin vəsaiti Mərkəzi Seçki Komissiyasına geri qaytarmalı idi. 2010-cu ildə Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, dövlət büdcəsindən istər prezident, istərsə də parlament seçkilərində namizədlərə vəsait ayrılmasının yolverilməzliyi təsdiqlənib.

AZƏRBAYCANDA KÜTLƏVİ QIRĞIN DƏRMANLARI

«Bizim yol» qəzeti səhiyyə sisteminin problemlərindən yazıb.

Qəzet yazır ki, səhiyyə sistemində ən ağrılı mövzulardan biri də lobarator müayinələrdir: «Azərbaycanın heç bir dövlət və özəl müəssisəsində Vilson (qanda mis artıqlığı) xəstəliyini müayinə edəcək laboratoriya yoxdur. Belə xəstələr hər 3 aydan bir analiz vermək məcburiyyətindədir. Buna görə hər dəfə İrana və Rusiyaya getmək mümkün deyil. Məcbur olub analizləri həmin alman və türk laboratoriyalarında verirlər və cavablarını əcnəbi həkimlərə göndərirlər. Bu proses isə baha başa gəlir.

Qəzet qeyd edir ki, əgər Rusiyada qanda ümumi misin analizi 4 manat 30 qəpikdirsə, Azərbaycanda bu təhlil 27 manat 50 qəpiyə başa gəlir. Eynilə, Rusiyada sidikdə misin təhlili 4 manat 30 qəpik olduğu halda, Azərbaycanda bu analizin qiyməti 72 manat 60 qəpikdir.

Yəni, qiymət fərqi 11 dəfə çoxdur.

YAP İLHAM ƏLİYEVİN SEÇKİ SƏNƏDLƏRİNİ MSK-YA TƏQDİM ETMƏYƏ HAZIRLAŞIR

Bu haqda «Yeni Azərbaycan» qəzeti yazır.

YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, bunun üçün partiyada hazırlıq başlayıb. Ə. Əhmədov bununla bağlı bəzi sənədlərin hazırlandığını deyib:

«Güman edirəm ki, bu gün, uzağı sabah YAP öz namizədinin seçki sənədlərini MSK-ya təqdim edəcək».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG