Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:01

Moskva ətrafında 600-dən çox miqrant saxlanıb


Foto arxiv
Foto arxiv
Bazar ertəsi Moskva ətrafındakı Dolqoprudnıy şəhərində 600-dən çox miqrant saxlanıb.Onlar 30 hektarlıq keçmiş tərəvəz bazasının ərazisində məskunlaşıblarmış.

“Kommersant” qəzetinin yazdığına görə, qanunsuz miqrantları saxlamaq üçün ölkədə 80-dən çox müvəqqəti saxlama məntəqəsi tikmək planlaşdırılır.Layihəni Federal Miqrasiya Xidməti hazırlayıb. Artıq Moskvanın Qolyanova rayonunda min nəfərlik çadır düşərkəsi salınıb. Hazırda orda 600-dən çox adam olduğu bildirilir.Onların hamısı vətənlərinə göndəriləcək.

Son vaxtlar Rusiyada keçirilən reydlər nəticəsində Moskvada minlərlə miqrant saxlanıb.
XS
SM
MD
LG