Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:03

Kiyevdə Timoshenkoya dəstək aksiyası keçirilib


Foto arxiv
Foto arxiv
Bu gün Kiyevdə həbsdə olan keçmiş baş nazir və müxalifət lideri Yulia Timoshenkoya dəstək olaraq aksiya keçirilib.İki il bundan əvvəl onun həbs edildiyi Peçersk məhkəməsinin qarşısına 300-dək adam yığışıb. Məhkəmə 2011-ci ilin oktyabrında səlahiyyətlərini aşma ittihamı ilə ona 7 il iş kəsib.

Belində ağrılardan əziyyət çəkən Timoshenko bu ilin aprelində həbsxanadan Xarkov xəstəxanasına götürülüb.AzadlıqRadiosunun müxbiri onun güclə yeridiyini, həddən artıq arıqladığını və ruhdan düşdüyünü xəbər verir. Müxalifət onun azad olunmasına çalışır.
XS
SM
MD
LG