Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:11

Şəffaflıq Tərəfdaşlığı Platforması təsis edildi


Arxiv foto
Arxiv foto
-


Avqustun 5-də bir qrup qeyri-hökumət təşkilatı Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Platforması təsis edib. Yeni birliyə 25 vətəndaş cəmiyyəti qurumu qoşulub.

Mediaforum saytının xəbərinə görə təşkilatçılar əsas məqsədlərinin “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı necə icra edildiyini öyrənmək üçün aparılan monitorinqə rəylər hazırlamaq, hökumətin fəaliyyətini qiymətləndirmək olduğunu deyirlər.
Rəna Səfərəliyeva
Rəna Səfərəliyeva

Təşkilatçılardan biri olan “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva:

“Platformanın əsas missiyası korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlərdə hökumət və vətəndaş cəmiyyəti arasında dialoqu təşviq etmək, eyni zamanda hökumətə tövsiyələr verməklə vətəndaş cəmiyyətinin bu prosesdə fəal iştirakını təmin etməkdir. Platforma fəaliyyətini strategiya sənədi əsasında quracaq”.

Rəna Səfərəliyeva deyib ki, platforma yaradılmadan öncə QHT-lər arasında sorğu keçirilib:

“Sorğu nəticəsində bilindi ki, QHT-lər bir yerdə çalışmaqda maraqlıdır. Hesab edirəm ki, platforma şəklində fəaliyyət daha yaxşı nəticə verəcək”.
Əlməmməd Nuriyev
Əlməmməd Nuriyev

Platformaya qoşulanlardan daha biri - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, rəhbərlik etdiyi təşkilat “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyətini öyrənmək üçün aparılan monitorinqə rəylər hazırlayacaq.

O qeyd edib ki, proqramda 28 istiqamət üzrə 120-dən artıq tədbir nəzərdə tutulub.

Əliməmməd Nuriyev deyib ki, monitorinq müddətində dövlət orqanlarına sorğularla müraciət olunub:

“Ümumilikdə 48 dövlət orqanına 136 sorğu göndərilib. Hüquq mühafizə orqanları sorğuları vaxtında cavablandırsa da, İqtisadi İnkişaf, Nəqliyyat, Təhsil, Səhiyyə nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sorğulara vaxtında cavab verməyib”.

Qubad İbadoğlu
Qubad İbadoğlu
İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu da “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi zamanı 192 sorğu göndərildiyini, bunlardan yalnız 30 faizinin cavablandırıldığını bildirib:

“İnsan Hüquqları üzrə Müvəkillik may ayında göndərilmiş sorğuya həldə də cavab verməyib. Binəqədi Rayon İcra Hakimiyyəti, Satınalmalar üzrə Dövlət Agentliyi də sorğuları cavabsız qoyub”.

Dövlət qurumlarının sorğulara vaxtında cavab verməməsini Qubad İbadoğlu belə əsaslandırıb:

“Sorğuya ona görə cavab vermirlər ki, ya iş görməyiblər, ya müvafiq strukturları yoxdur. Bu həm də məsuliyyətsizlikdən irəli gəlir”.

Qeyd olunan dövlət proqramları ilə bağlı yekun hesabat sentyabrda olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG