Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:00

II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə avqustun 3 - də keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətinin məlumatına görə, II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 23052 abituriyentdən 718-i imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən 22334 abituriyentdən 34 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Ən yüksək nəticə - 690 bal olub. İxtisas seçimi avqustun 6 - dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.
XS
SM
MD
LG