Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:39

Türkiyənin keçmiş ordu komandanı İlkər Bashbuga ömürlük həbs verildi


Ilker Basbug

Ilker Basbug

Türkiyədə cevrilişə cəhddə ittiham olunanlar barədə ilk hökmlər çıxarılıb.

Məlumatlara görə, ordu komandanı İlkər Basbug, habelə Hurshit Tolon,Şənər Əruyğur, Həsən Iğsız, Nüsrət Taşdələr, Vəli Küçük, Dursun Çiçək, Doğu Perinçek, vəkil Kamal Kerinçsiz və jurnalist Tuncay Özkan ömürlük azadlıqdan məhrum ediliblər.Bundan başqa bir neçə nəfər 20 ilədək həbs cəzasına məhkum edilib, 21 nəfərsə bəraət qazanıb.Bu işlə bağlı 275 adam ittiham olunur.

Məhkəmə binasının ətrafına xüsusi təyinatlı polislər və dəmir sədlər düzülüb.Məlumatlara görə, bir qrup adam binanın ətrafında etiraz aksiyası keçirməyə cəhd göstərərkən polislə qarşıdurma yaranıb.

Məhkəmə İstanbulun Silivri rayonunda keçirilir. Dünyəvi müxalifət məhkəməni hökumətin tənqidçilərinə qarşı ov hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG