Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:54

Sosial şəbəkələrin hansı C-indən istifadə etməli?


AR GT Milli Şurasının sədri Şahin Seyidzadə
AR GT Milli Şurasının sədri Şahin Seyidzadə
-
İyulda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası keçirdiyi “Xətdə” Sosial Şəbəkə Akademiyası layihəsinin yekun konfransını keçirdi.

Flashmob-a qonaq olan AR GT Milli Şurasının sədri Şahin Seyidzadə gənclərə sosial şəbəkələrdən istifadəni öyrədən layihə barədə, gənclərin sosial şəbəkələrdən necə istifadə etməsindən danışıb:

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2013-cü il İnformasiya Kommunikasiya Texnologiyaları ili elan olunması və 2011- 2015-ci il Azərbaycan gəncliyi Dövlət Proqramında da gənclərin sosial şəbəkələrə bağlı maarifləndirilməsinə uyğun olaraq biz də Gənclər Turizm Nazirliyinin dəstəyi ilə yanvarda belə bir təşəbbüs irəli sürdük. “Xətdə” ideyası “daimi xətdə ol”an konsepsiyasıdır. Ona görə də layihənin adı belə oldu. Bu layihə çərçivəsində 4 istiqamətdə maarifləndirmə aparıldı- Facebook, Twitter, Blog və Youtube. Layihə müddəti ərzində 24 şəhərdə min əlli nəfər üçün 38 təlim keçirilib, bundan əlavə onlayn müsabiqələr də baş tutub”.
Şahin Seyidzadənin sözlərinə görə, layihənin məqsədi gənclərin sosial şəbəkələrdən istifadəsini daha səmərəli etmək olub: “Sosial Şəbəkələrin istifadəsində üç C var. Birinci C- kommunikasiya, ikinci C kreativlik, üçüncü isə kommersiyadır. Məqsədimiz bu idi ki, gənclər sosial şəbəkə alətindən təkcə kommunikasiya, yox, biznesini inkişaf etdirmək, kreativ olmaq üçün də istifadə etsin. Məsələn, təlimlərdən sonra Şəkidə bir diş həkimi gənc xanım öz pasiyentlərini Facebook vasitəsi ilə topladı. Həmçinin gənclər kreativ rolik hazırladılar. Layihə çərçivəsində Azərbaycan dilində ilk dəfə təlim kursu yaradıldı, baxmayaraq ki, facebook əsasən ingilis, rus, türk dilində işlədilir. Təlimçilər 8 video təlim hazırladılar. Layihə bitsə də, videolar saytda yerləşdirilib. Hər bir gənc girib sosial şəbəkələrlə bağlı suallarına cavab tapa bilərlər. Biz layihəni elə yerlərdə etmişdik ki, orada heç universitet, texnikom yox idi, gənclər təşkilatları fəaliyyət göstərmir. Məsələn, Ağdamı, Biləsuvar, Cəlilabadı götürmüşdük. Çalışdıq mərkəzdən kənarlara çıxaq”.
Ümumilikdə, Azərbaycan gəncliyinin sosial şəbəkələrdən necə istifadə etməsinə gəlincə Şahin Seyidzadə deyir ki, sosial şəbəkələr bir alətdir. “Bu gün kommunikasiya alətdir. Vaxtı ilə ailədə uşağa uşaqlıq verməyiblər, sıxıblar bu gün uşaqlar sosial şəbəkələrdə azadlıq əldə ediblər, çünki real aləmdə bunu edə bilmirlər. Sosial şəbəkələrdə sən istədiyin vaxt hansısa söhbətə “Stop!” deyə bilərsən. Burda sənin seçimin var, istədiyin söhbətə reaksiya verəsən ya yox. Sosial şəbəkə vasitəsi ilə mövqeyi də öyrənə bilərsən. Hər şeyin zamanı gələcək və sosial şəbəkələrdən daha faydalı istifadə edə biləcəyik”
XS
SM
MD
LG