Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:05
-

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Ramazan bayramı münasibəti ilə sosial aksiyaya start verib.

Mərkəzin facebook səhifəsində yerləşdirilən məlumata görə, Ramazan bayramının ilk günü avqustun 8-də saat 06:00-dan saat 24:00-a qədər ictimai nəqliyyat pulsuz olacaq.

Bayram günü sərnişinlərin günboyu gediş haqqı ödəməyəcəyi marşrutlar aşağıdakılardır:

-1-, -6-, -9-, -10-, -14-, -20-, -25-, -32-, -40-, -59-, -69-, -86-, -90-, -95-, -96-, -100-, -101-, -107-, -120-, -125-, -131-, -132-, -141-, -150-, -173-, -175-, -187-, -189-, -195-, -197-, -13-, -88-, -133-, -165-, -170-, -179-, - 202

Bir gün davam edəcək aksiya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təşəbbüsü ilə keçirilir. Təşəbbüsü «Transqeyt» MMC və «Çinar Trans» MMC dəstəkləyərək, aksiyaya qoşulub.

Problem yaranarsa, sərnişinlər Mərkəzin 141 saylı «qaynar xətt»inə müraciət edə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG