Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:55

Prezidentliyə namizədlərin irəli sürülməsi başlandı (Seçkinin təqvim planı)


MSK
MSK
-

Rəsmi mətbuat oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı fəaliyyət və tədbirlərin təqvim planını dərc edib. (PLANI BURADAN GÖTÜR)

NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ BAŞLANDI

Seçkilərin günü haqda qərarın dərcindən sonra seçici qrupları, siyasi partiyalar, siyasi partiya blokları tərəfindən namizədlərin irəli sürülməsi başlanır.

Namizədin təsdiqlənib-təsdiqlənməməsi haqda qərar Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərin təqdimatından sonrakı 5 gün ərzində qəbul edilir.

Prezidentliyə namizəd təsdiqləndikdən sonra səlahiyyətli nümayəndələrə imza vərəqələri verilir.

QEYDİYYAT VAXTI

Prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması avqustun 20-dən başlayıb, sentyabrın 9-da saat 18:00-da başa çatır. İmza vərəqələrinin və başqa sənədlərin yoxlanması, namizədin qeydiyyata alınması və ya alınmaması haqda qərar 7 gün ərzində verilir.

Seçkilərin monitorinqinin aparılması ilə bağlı vətəndaşlardan, namizədin nümayəndələrindən, QHT-lərdən, beynəlxalq müşahidəçilərdən (qanunda nəzərdə tutulmuş qaydada dəvətlə gələn və MSK-da qeydiyyatdan keçən) müraciətlər sentyabrın 29-dək qəbul olunur.

Exit-poll-un keçirilməsi ilə bağlı müraciətlər sentyabrın 19-dan qəbul olunur və sentyabrın 29-dək baxılır.

TƏŞVİQAT DÖVRÜ

Seçkiqabağı təşviqat mərhələsi seçkilərə 23 gün qalmış, yəni, sentyabrın 16-dan başlayır, səsvermədən 24 saat əvvəl – oktyabrın 8-də başa çatır.

Səsvermə saat 8.00-da başlayır və 19.00-da başa çatır.

Səsvermə günü səs verənlərin sayı barədə 5 dəfə informasiya veriləcək: saat 10.00, 12.00, 15.00, 17.00, 19.00.

NƏTİCƏLƏR HAQDA

Məntəqə və dairə seçki komissiyalarından səsvermənin nəticələri haqda yekun protokollarla bağlı ümumiləşdirilmiş informasiya seçki günü və sonra MSK-nın saytında yerləşdirilir.

Məntəqə seçki komissiyalarından yekun protokolların ilk nüsxələri 24 saatdan gec olmayaraq dairə seçki komissiyalarına çatdırılmalıdır, onlar isə seçkilərdən sonra 2 gündən gec olmayaraq (11 oktyabra qədər) yekun protokolları MSK-ya göndərməlidir.

Məntəqə və dairələr üzrə protokolların üçüncü nüsxələri vətəndaşların tanış olması üçün 5 və 10 gün ərzində saytda yerləşdirilir.

Dairə seçki komissiyalarından protokollar daxil olduqdan dərhal sonra MSK seçkilərin ilkin yekunlarını elan edir.

Oktyabrın 19-na qədər MSK seçkilərin yekunları haqda protokolları Konstitusiya Məhkəməsinə verir.

KM səsvermədən 14 gün sonra seçkilərin rəsmi yekunlarını elan etməlidir.

Seçilmiş prezident 3 gün ərzində and içir və vəzifəsinin icrasına başlayır.
XS
SM
MD
LG