Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:41

Oqtay Əsədov İranın parlamentinin sədri ilə Qarabağı müzakirə edib


İran prezidenti Hassan Rohani-nin andiçmə mərasimində iştirak üçün Tehrana səfər edən Milli Məclisin sədri Oqtay Əsədov avqustun 4-də İslam Şurası Məclisinin sədri Ali Larijani ilə görüşüb. Bu barədə AzərTAc xəbər verib.

O. Əsədov qeyd edib ki, Azərbaycanla İranın münasibətlərinin inkişafında mühüm rol oynayan parlamentlərarası əlaqələrin yüksəlişi üçün geniş imkanlar mövcuddur. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində İranın imkanlarını diqqətə çatdırıb.

Məlumata görə, İran parlamentinin sədri deyib ki, iki ölkə arasında tarixi tellərlə bağlı olan əlaqələr bundan sonra da sıx şəkildə qorunacaq. O qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb və münaqişənin Azərbaycanın dövlət sərhədlərinin qorunması əsasında həllinə tərəfdardır.
XS
SM
MD
LG