Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:45

Prezident seçkiləri ilə əlaqədar MSK-nın nəzdində İşçi Qrup yaradılıb


Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində Prezident seçkiləri ilə bağlı İşçi Qrup yaradılıb.

MSK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işçi qrup 2013-cü il oktyabrın 9-na təyin edilən prezident seçkilərində prezidentliyə namizədlərin qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş lazımi sənədlər MSK-ya təqdim edildikdən sonra qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə araşdırma aparacaq. Bundan sonra isə işçi qrupunun rəyi nəzərə alınmaqla namizədliyin qeydə alınıb-alınmaması məsələsi həll olunacaq.

İşçi qrupun tərkibinə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Hesablama Palatasının mütəxəssisləri daxil edilib.

MSK üzvü İlham Məmmədov isə İşçi qrupunun rəhbəri təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG