Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 21:52
-

«5 il əvvəl aldığım, imkan tapıb tikintisini başa vura bilmədiyim evimi buldozerlə sökdülər».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Sumqayıt şəhər sakini Ülvi Quliyev danışır. Onun sözlərinə görə, 1 həftədən artıqdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayonda «BTZ» adlanan ərazidəki evlər Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülür. Deyir, evinin sökülməsinə etiraz edənləri polis bölməsinə aparırlar. Söküntü başa çatandan sonra isə azad edirlər.

Sumqayıt şəhər İcra Hakimiyyətindən «Qaynar xətt»ə söküntünü təsdiqləyiblər. Bildiriblər ki, ərazidəki tikintisi başa çatmayan qanunsuz tikililər sökülür.

Ülvi Quliyev isə bildirir ki, evi olan sakinlərin bağ müqaviləsi var. Bu evlərdə uzun illərdir ki, həmin sənədlə yaşayırlar.

Hüquqşünas Namizəd Səfərov da deyir ki, əgər vətəndaşın əlində bağ müqaviləsi varsa, tikintiyə dair yerli icra hakimiyyətinin xüsusi icazəsinə ehtiyac yoxdur.

ÖLKƏDƏ «EVSİZLƏR ORDUSU» YARADANLAR

Ülvi Quliyev:

Arxiv foto

Arxiv foto

«İkinci tərəfdən isə, evlərin sökülməsi üçün məhkəmə qərarı yoxdur. Səhər açılır, xəbərdarlıq etmədən gətirib texnikanı tökürlər əraziyə, vur-çatlasın başlayır. Texnikanı söykəyirlər evə, 1 saat vaxt verirlər, sonra da sökürlər. İcra Hakimiyyətləri sanki ölkədə «evsizlər ordusu» yaratmaqla məşğuldurlar».

Ülvi Quliyev deyir, 5 ildə tikdiyi ev onun son ümid yeri idi, getməyə yeri yoxdur:

«Mən o 2 otaqlı evi zülmlə tikmişdim, o tikintiyə çəkdiyim xərci heç kəsdən oğurlamamışdım. Zülmlə qazanmışdım, varımı-yoxumu o tikintinin üstünə qoymuşdum ki, nəhayət rahat yaşayam. 3 sot həyətyanı sahədə tikilən 2 otaqlı evimi xəbər etmədən sökmək insanlığa yaraşan hal deyil. Mən rüsum ödəmişəm, etibarnaməm var. İndi öz evimi müdafiə edə bilmirəm. Polis, dəyənək gücünə söküntü aparırlar. Rüşvət alıb, evin tikintisinə icazə verən də özləridir, «qanunsuz tikilidir» deyib, sökən də».

Ülvi Quliyev Sumqayıt Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcəyini bildirir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG