Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:55

ABŞ 17 ölkədə səfirliyini bağladı


ABŞ qlobal terror təhlükəsi ucbatından 17 müsəlman ölkəsində səfirliyini müvəqqəti bağlayıb. Vaşinqton xaricdəki vətəndaşlarına təhlükəylə bağlı xəbərdarlıq edib.

Bu ərəfədə ABŞ hökuməti terror hədələri ilə bağlı toplantı keçirib. Toplantıda prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Susan Rice, dövlət katibi John Kerry, müdafiə naziri Chuck Hagel və daxili işlər naziri Yanet Napolitano iştirak ediblər. Toplantının nəticələri barədə prezident Barak Obama məlumatlandırılıb.

Bir qədər öncə İnterpol iyulda «Əl-Qaidə»nin yüzlərlə üzvünün həbsdən qaçmasından sonra beynəlxalq təhlükələrlə bağlı xəbərdarlıq etmişdi.

ABŞ-dan başqa Britaniya, Almaniya və Fransa Yəməndə, Kanada Banqladeşdəki səfirliklərini bağlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG