Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:46

Gələn həftə Azərbaycanda dörd gün iş olmayacaq


-
Avqustun 8 və 9-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

apa-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bayramla əlaqədar olaraq gələn həftənin cümə axşamı və cümə günləri Azərbaycanda qeyri-iş günüdür.

Bayram günləri həftənin sonuna düşdüyündən, şənbə və bazar günləri də nəzərə alınmaqla Azərbaycanda 4 gün iş olmayacaq.

Nazirlər Kabinetinin qərarı ilə 15 və 16 oktyabr tarixləri isə Qurban bayramı günü kimi qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər də iş günü hesab edilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG