Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:29
-
Azərbaycanın Xarici İşlər Nazirliyi ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə görə «persona non-qrata» elan edilmiş şəxslərin siyahısını açıqlayıb.

Siyahıda ümumilikdə müxtəlif ölkələrdən 335 nəfərin adı yer alıb.

Siyahı Almaniya Berlin Akademiyasının prezidenti Eckart D.Stratenschulte ilə başlayıb, avstraliyalı tələbə Garineh Torosian-la bitir.

Siyahıda Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş nümayəndəsi Peter Semneby-nin də adı var. Onun 2012-ci ilin mayında Dağlıq Qarabağa qanunsuz səfər etdiyi bildirilir.

Bu şəxslər «Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında» qanunu pozduqlarına, ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmət etmədiklərinə görə arzuolunmaz şəxslər elan olunublar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG