Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:37
-
«Liderlərin ağıllarına da gəlməyib ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır».

Bunu «Bizim yol»a müsahibəsində Milli Şuranın üzvü Vidadi Mirkamal deyib:

«Rüstəm müəllim vahid namizəd olandan 3 gün sonra məlum oldu ki, onun əlində Rusiya pasportu var».

Vidadi Mirkamal deyib ki, Rusiya onu vətəndaşlıqdan çıxarmırsa, Rüstəm İbrahimbəyov Bakıya gəlib Milli Şuranın qarşısında çıxış edib, öz namizədini göstərməlidir.

«..ELƏ BİABIRÇILIQLA DÖNDÜLƏR Kİ...»

«Azərbaycan» qəzeti Tbilisiyə gedən Milli Şura üzvlərinin peşmançılıqla geri döndüyünü yazır. Qəzetə görə, «...elə biabırçılıqla döndülər ki, 15 nəfərin heç biri görüş barədə danışmağa söz tapa bilmir».

Qəzet yazır ki, «bu qondarma qurumun üzvləri indi də «ikiüzlülük sindromu»na düçar olublar».

MSK-nın iclası

MSK-nın iclası

MİLLİ ŞURAYA İQTİDARDAN VURULAN ZƏRBƏ

«Yeni Müsavat» qəzeti prezident seçkilərinin vaxtının 9 oktyabra təyin edilməsini Milli Şuraya zərbə sayır. Qəzetə görə, bununla da Rüstəm İbrahimbəyovun namizəd olmaq şansı daha da azalıb. Qəzet yazır ki, belə bir vəziyyətdə Müsavat başqanı İsa Qəmbər təcili digər namizədin müəyyənləşdirilməsini istəyib.

KÜRDƏMİR BAZARINDAKI AKSİYA VƏ MÜXALİFƏT

«Yeni Azərbaycan» qəzeti Kürdəmir bazarında bir qrup şəxsin bazarın qarşısına toplaşaraq narazılıq bildirməsinin müxalifət tərəfindən şişirdildiyini yazır:

«Hər zaman xalqın adından danışmağa adət etmiş müxalifət yenə də öz kimliyini ortaya qoyur və öz ampluasına «sadiqlik» nümayiş etdirir».

Xədicə İsmayılova

Xədicə İsmayılova

JURNALİSTLƏRİN BAŞI ÜZƏRİNDƏ ASILAN HƏBS VƏ ÖLÜM RİSKİ

«Ayna» qəzeti yazır ki, Anna Politkovskaya-dan Xədicə İsmayılovayadək bütün vicdanlı jurnalistləri həqiqətə sədaqət birləşdirir:

«Jurnalistikamız çətin günlərini yaşayır, getdikcə daha aydın hiss olunur ki, həbs və ölüm riski indi müstəqil və tənqidçi jurnalistlərin başı üzərində Damokl qılıncı kimi asılıb. Amma Xədicə İsmayılova «əməliyyat»ından ölüm iyi gəlmir. Çünki Xədicənin vurduğu hədəflər o qədər aydındır və şəffafdır ki, burda qətl variantı arxa plana keçir. Yalnız qorxutmaq, susdurmaq, şantaj etmək, bunlar baş tutmadıqda isə «ifşa» etmək taktikası işə salınıb».

Qəzet yazır ki, «xeyli ağır təzyiqlər labirintindən keçmiş, çeşidli təhdidlər görmüş Xədicə İsmayılovanı bu üsulla susdurmaq heç ağlabatan görünmür».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG