Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:45

Gənc fəal Fuad Hacıyevin evinə polis gəlib


-
«Qara şəhər»də yaşayan və evi plana düşən gənc fəal Fuad Hacıyevin evinə polislər gəlib.

Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib. Bildirib ki, bir neçə saatdır Xətai rayon Polis Şöbəsinin 37-ci bölməsinin əməkdaşları onun yaşadığı evə gəliblər və onun şöbəyə getməsini istəyirlər:

«Hazırda mən evdə deyiləm. Ailə üzvlərimə bildiriblər ki, ya Fuad özü polisə getməlidir, ya da biz o, gələnəcən onu burada gözləyəcəyik».

Fuad Hacıyev «Qara şəhər»də evinin sökülməsinə etiraz edərkən polis tərəfindən saxlanmış və 9 sutka inzibati həbs olunmuşdu. Gənc fəal deyir ki, o, Bakı şəhər İcra Hakimiyyətinə aksiyaya icazə vermək üçün müraciət edib:

«Mən İcra Hakimiyyətinə «Qara şəhər»də mülklərin sökülməsinə və bazar qiymətinə uyğun olmayan kompensasiya ödənilməsinə etiraz edənlərin avqustun 4-də həmin ərazidə toplaşmasına icazə verilməsini xahiş etdim. Amma polislər indidən gəlib məni tutmaq istəyirlər».

37-ci polis şöbəsinin əməkdaşı Fuad Hacıyevin evinə hansı səbəbdən gəlmələri ilə bağlı sualı cavablamayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cavab almağı tövsiyyə edib.
DİN-nin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov iş günü başa çatdığından bu barədə bilgisi olmadığını və araşdıra bilməyəcəyini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG