Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:46

Sərdar Əlibəyli 2 aylıq həbs olundu


-
Avqustun 2-də Xətai rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə jurnalist Sərdar Əlibəylinin işinə baxılıb.

Məhkəmə istintaq dövründə onun 2 ay müddətinə həbs olunması ilə bağlı qərar verib.

Bu barədə AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib. Vəkilin dediyinə görə, Sərdar Əlibəyli məhkəmədə ifadə verməkdən imtina edib. O, zərərçəkmiş şəxsi ilk dəfə gördüyünü, onu tanımadığını söyləyib.

Sərdar Əlibəyli iyulun 31-də saxlanıb. O, xuliqanlıqda ittiham olunur. Bir nəfəri döyüb, sonra da onun başına xəsarət yetirməkdə təqsirləndirilir.

Jurnalist Sərdar Əlibəyli «P.S.Nota» saytının redaktorudur. Hakimiyyəti tənqid edən yazıların müəllifidir.

Media Hüququ İnstitutu jurnalistin tənqidi yazılarına görə şərlənərək, uydurma ittihamla saxlandığını bildirən bəyanat yayıb.
XS
SM
MD
LG