Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:38

Bakıda 11 yaşlı mingəçevirli rəssamın sərgisi açılıb


Əsərlərin satışından əldə olunacaq vəsait Samirənin müalicəsinə xərclənəcək.

Əsərlərin satışından əldə olunacaq vəsait Samirənin müalicəsinə xərclənəcək.

-
«Baku Creative Center»in dəstəyi ilə 11 yaşlı Samirə Hüseynovanın «Bir fırçanın rəqsi» adlı fərdi sərgisi açılıb.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, iki gün davam edəcək sərgidə Samirənin 40-dan çox əl işi nümayiş olunur.

Balaca rəssam ən çox təbiət mənzərələri çəkir.

Samirə Hüseynova 2002-ci il mayın 4-də Mingəçevirdə dünyaya gəlib. O, anadangəlmə osteoartroz xəstəsidir.

Samirə ilk şəklini 5 yaşında müalicə həkimi üçün çəkib, professional rəsm çəkməyə isə 8 yaşından başlayıb.

İndiyədək Samirənin 3 böyük sərgisi keçirilib.

«Baku Creative Center»də açılan sərgi xeyriyyə xarakterlidir.

Əsərlərin satışından əldə olunacaq vəsait Samirənin müalicəsinə xərclənəcək.

Şərhləri göstər

XS
SM
MD
LG