Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40
-
Ermənistan tərəfindən atılan güllənin Qazaxda mülkü şəxsi yaraladığı bildirilir.

Məlumatı AzadlıqRadiosuna Qazax rayon Polis Şöbəsindən veriblər.

Məlumata görə, Ağköynək kənd sakini İqbal Hüseynov Abbasbəyli gölünə çimməyə gedərkən avtomobilini Ermənistan hərbçiləri atəşə tutub. O, belindən güllə yarası alıb.

Polisin bildirməsinə görə, xəstəxanaya yerləşdirilən İqbal Hüseynovun vəziyyəti hazırda normaldır.
XS
SM
MD
LG