Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:31
-
Azərbaycanın Şuşa şəhəri ilə qardaşlaşan macar şəhəri Döndöşdə avqustun 5-dən 11-nə qədər XIII Beynəlxalq folklor festivalı keçiriləcək.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, builki festivalda ev sahibləri ilə bir sırada Serbiya, Braziliya, Gürcüstan, Panama, Polşa, Yunanıstan, İndoneziya və Kolumbiya, Çin və Fransadan gəlmiş musiqi və rəqs ansamblları çıxış edəcəklər.

Döndöş meriyasının dəvəti ilə qardaş şəhər Şuşanın mahnı və rəqs ansamblı da bu mötəbər musiqi festivalında Azərbaycanı təmsil edəcək.

25 nəfərdən ibarət ansambl üzvləri festival proqramlarında və qala-konsertdə çıxış etməklə bir sırada Döndöş və Budapeştdə də konsertlər verməyi planlaşdırır.

Onların iştirakı ilə avqustun 10-da Döndöşdə «Azərbaycan gecəsi» də keçiriləcək.

Qardaş şəhərlər kimi Şuşa və Döndöş il ərzində bir sıra digər mədəni proqramlar hazırlayıb həyata keçirmək niyyətindədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG