Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:48

MSK sədri: Avropa ailəsində kifayət qədər yüksək yerlərə layiq seçkilər keçirməliyik


-
Avqustun 2-də Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursun sona çatması ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, Azərbaycan ictimaiyyətinin seçimini düzgün, obyektiv şəraitdə ortaya qoya bilmək üçün DSK sədrləri qanunvericliyin tələblərinə uyğun bütün addımları atmalıdır. MSK sədri bununla bağlı prosesllərə start verildiyini də vurğulayıb:
"DSK sədrlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri var. Biz Azərbaycan miqyasında Avropa ailəsində kifayət qədər yüksək yerlərə layiq seçkilər keçirməliyik. Milyonlarla insanın iştirak etdiyi seçkiləri ideal keçirmək mümkün deyil, mümkün olmayacaq da. Bunu həmişə demişəm. Dünyanın heç bir yerində ideal seçkilər olmur. Sadəcə biz seçkilərdəki neqativ halları minimuma endirmək lazımdır. DSK sərdləri hər hansı səhvə yol verməməlidirlər ki, sonra bununla bağlı bizə şikayət daxil olmasın, məhkəmələrə müraciətlər edilməsin".
Tədbirin gedişində Məzahir Pənahov DSK sədrlərinə kurslarda iştiraka görə sertifikatlar təqdim edib.
MSK sədrinin müavini Natiq Məmmədov əlavə edib ki, avqustun 5-dən 7-dək bölgələrdə DSK və məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslışdırılmış kurslar təşkil ediləcək. Bu kurslarda MSK-nı 22 qrup təmsil edəcək. Hər bir qrupun üzvü 5-6 dairədə çıxış edəcək.
XS
SM
MD
LG