Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:12

Sabahdan havalar dəyişəcək


-
Avqustun 3-dən 6-dək respublikanın əksər rayonlarında qeyri-sabit, yağıntılı hava şəraiti və temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enməsi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumat yayıb. Məlumata görə, avqustun 3-də Bakıda havanın temperatoru gecə 20-25, gündüz 28-33 olacaq. Rayonlarda isə hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havaların soyması pambığın inkişafını keçən illə müqayisədə nisbətən gecikdirəcək. Yağıntılı hava şəraiti yetişmiş məhsulun yığılması üçün çətinlik yaradacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG